Dünya bu qıza aşiqdir-Foto
Sabina Altunbekova adlı gənc voleybolçu uzaq şərqdə ən çox tanınan və sevilən idmançılardan biri olub.
Voleybol üzrə Düya Çempionatı üçün Qazaxıstan milli komandası ilə Tayvanda səfərdə olan gənc qız hər kəsin diqqətini çəkib.
Tayvana addım atmadan əvvəl çox tanınmayan Sabina diqqətləri üzərinə çəkdikdən sonra minlərlə tərəfdarı salonlara cəlb etməyi bacarıb.
Sabinanın sosial şəbəkələrdə paylaşdığı fotoşəkillərə minlərlə şərh bildirlir. Voleybolçu Çin, Koreya, Tayvan, Yaponiya və Cənubi Şərqi Asiya ölkələrinin hamısında kişilərin rəğbətini qazanıb.
Ancaq Sabinanın bu şöhrəti komanda yoldaşları və məşqçisinin xoşuna gəlməyib. Komanda yoldaşları tərəfdarların və medianın tamamilə Sabina ilə maraqlanmasından narahatlıq duyduqlarını ifadə ediblər.