Dünya Çempionatında “ölümcül virus” qorxusu: 2 mindən çox təmaslı şəxsin izinə düşülə bilmir

media-hightechnic-468x90

Dünya Çempionatına hazırlıqlar davam edərkən Ebola virusu ilə bağlı narahatlıqlar artıb.

media-banner_tuq

 Yenicag.az xəbər verir ki, epidemiya mərkəzi sayılan Konqo Demokratik Respublikasının turnirdə iştirak edəcək 48 komandadan biri olması Şimali Amerikada keçiriləcək mundial öncəsi təhlükəsizlik və sağlamlıq risklərini gündəmə gətirib. Minlərlə azarkeşin Afrika ölkəsindən Şimali Amerikaya səfər edəcəyi gözlənilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə Konqoda Ebola yayılma sürətinin mövcud səhiyyə müdaxilə imkanlarını artıq aşdığını bildirib.

Konqo milli komandasının gələn həftə İspaniyada Çili ilə keçirməyi planlaşdırdığı yoxlama oyunu La Linea de la Concepcion şəhər rəhbərliyi tərəfindən ləğv edilib. Qərarda bildirilib ki, təqdim olunan sənədlər riskin tam istisna olunmasına kifayət etmir.

Səhiyyə qurumlarının məlumatına görə, virusla təmasda olma ehtimalı olan, lakin hələ kimliyi müəyyən edilməmiş 2 mindən çox şəxs mövcuddur. Bu vəziyyət beynəlxalq səviyyədə ciddi narahatlıq yaradıb.

Mütəxəssislər virusun ilkin mərhələdə adi qrip əlamətləri ilə qarışdırıla biləcəyini, yüksək hərarət və titrəmə kimi simptomların gec üzə çıxdığını bildirirlər. Bu isə yoluxmuş şəxslərin aşkar edilmədən uzun məsafələr qət etməsi riskini artırır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqoda Ebola virusunun yayılma sürətinin nəzarətdən çıxdığını açıqlayıb. Bildirilib ki, “Bundibugyo” adlı nadir variantla bağlı artıq 220-dən çox ölüm qeydə alınıb.

ABŞ və Kanada turnir öncəsi riskli ölkələrdən gələn şəxslərə qarşı giriş məhdudiyyətləri və əlavə yoxlamalar tətbiq edib. Hava limanlarında tibbi nəzarət və təhlükəsizlik tədbirləri gücləndirilib.

Konqo millisinin bir hissəsinin əvvəlcədən Avropaya təxliyə edildiyi və hazırda tibbi nəzarətdə olduğu bildirilir. Komanda və FIFA arasında vəziyyətlə bağlı mütəmadi koordinasiya aparıldığı qeyd olunur.

Hazırkı vəziyyət Dünya Çempionatı öncəsi həm təşkilatçıları, həm də iştirakçı ölkələri əlavə təhlükəsizlik tədbirlərinə məcbur edib.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05