Dünya çempionunu öldürən Anar beynəlxalq axtarışa verildi

media-hightechnic-468x90

Avqustun 20-də Rusiyanın Xabarovsk vilayətində pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürən əslən azərbaycanlı Anar Əliyar oğlu Allahverdiyev beynəlxalq axtarışa verilib.

Yenicag.az xəbər verir ki, 1991 təvəllüdlü şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Bu barədə Rusiya İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.

Federal axtarışa da verilən azərbaycanlının yerini bildirən şəxsə isə 500.000 rubl mükafat veriləcək.

Qeyd edək ki, 26 yaşlı Anar küçədə təkbətək döyüş zamanı rusiyalını öldürüb. Davaya isə Draçyovun Allahverənova “çuşka” deməsi səbəb olub.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600