Dünya ölkələrinə çağırış: Qızılca ilə bağlı vəziyyət kritikdir

media-hightechnic-468x90

Dünya Səhiyyə Təşkilatı (DST) qızılca ilə bağlı çağırış edib.

Yenicag.az xəbər verir ki, qurum 2023-cü ildə qızılcaya yoluxma hallarının əvvəlki ilə nisbətən 30 dəfə artdığını vurğulayıb.

Qurumun bəyanatında qeyd edilir: “Avropa regionunda qızılcanın həyəcanverici artım var. 2023-cü ilin yanvar-oktyabr ayları arasında regionun 53 üzv dövlətindən 40-da 30 mindən çox qızılca hadisəsi qeydə alınıb. Bu, 2022-ci ildə qeydə alınan 941 hadisə ilə müqayisədə 30 dəfədən çox artım deməkdir”.

DST qeyd edib ki, uşaqları təhlükəli xəstəlikdən qorumağın yeganə yolu peyvənddir.

Beynəlxalq qurum 2023-cü ildə qızılca xəstəliyinin bütün yaş qruplarını əhatə etdiyini və yaş qruplarının ölkələrə görə dəyişdiyini vurğulayıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600