“Dünya səhm bazarında ciddi təlatümlü dövr davam edir” – 1.5 trilyonluq XAOTİK İTKİ

media-hightechnic-468x90

“Səhm bazarında qiymətlər tez-tez dəyişir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Respublikaçı Alternativ” Partiyasının (REAL) sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

 

Ekspert ABŞ fond bazarının bir gündə 1.5 trilyon dollar itirməsini şərh edib:

“Dünya səhm bazarında ciddi təlatümlü dövr davam edir. Bu tarixi müharibələrin sonu görünmür. Sülhlə bağlı ciddi irəliləyiş də əldə olunmayıb və nəticənin nə olacağı bilinmir. İran ətrafında gərginlik artır və s. kimi hallar səhm bazarına da təsir göstərir. Buna görə də səhm bazarında dalğalanmalar olur. Bundan əvvəl də 1 gündə 5 trilyona yaxın səhm bazarı dəyər itirmişdi, 2 gündən sonra onun 4.5 trilyona yaxınını geri qaytardı. İndi də həmin dalğalı dövrdür. Bu gün itkilər var, amma sabah pozitiv xəbər çıxan kimi qiymətlərdə yenidən yüksəliş olacaq”.

Partiya sədri qeyd edib ki, bu dalğalanmalar vaxtaşırı dəyişdiyi üçün bir neçə günə səhm bazarında vəziyyət fərqli ola bilər:

“Bunu günlük dəyərləndirmək doğru deyil. Ən qısa zamanda həftəlik, ən uzun isə aylıq, rüblük və yarımillik dəyərləndirmək lazımdır. O zaman mənzərə daha aydın şəkildə görünəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600