Dünya sürətlə silahlanır: Bəşəriyyət TƏHLÜKƏDƏ - ŞƏRH

media-hightechnic-468x90

“Dünya sürətlə silahlanmaya gedir və bunun sonu heç də pozitiv nəticələr verə bilməz”.

Bu fikri ABŞ prezidenti Donald Trampın orduya nüvə sınaqlarını keçirməklə bağlı əmr verməsi, dünyada artan nüvə təhdidini Yenicag.az-a dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.

media-media-img_0946-913is2

Tərlan Eyvazov bildirib ki, dünya sülhə gəlmək yerinə ondan uzaqlaşır:

“Böyük dövlətlər silahlanma yarışına giriblər. SSRİ vaxtında kapitalist Amerikası ilə sosialist SSRİ-si silahlanma yarışına girmişdi. O vaxt ABŞ-nin pulu çox idi. Yeni silahlar yaradırdı. SSRİ də geri qalmamaq üçün addımlar atırdı. Ancaq SSRİ buna getməklə gücdən düşdü və ona baha başa gəldi. Hazırda bu siyasətin də getdiyinin şahidi oluruq. Bundan əlavə Şimali Koreya, Rusiya tez-tez nüvə silahından istifadə edə biləcəyini deyir. Çin isə hərbi paradda nüvə başlıqlarını nümayiş etdirdi.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, onların liderləri bir araya gəlib, silahlanmanın azaldılması ilə bağlı razılıq əldə edə bilsələr və o pullar bəşəriyyət üçün önəmli sahələrə yatırılsa daha yaxşı olardı. Bundan əlavə, silah sənayesi şirkətləri böyük pullar qazanmaq niyyətindədir. Haradasa Trampı günahlandıra bilmirəm. Tramp hakimiyyətə gəlməmişdən əvvəl və ondan sonra da sülhün əldə olunmasına yönəlib. Ancaq ona adekvat cavab verilmir. Dünya sürətlə silahlanmaya gedir və bunun sonu heç də pozitiv nəticələr verə bilməz”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa