Amerikada “Zombi adam” ləqəbiylə tanınan model Rik Genest intihar edib.
Yenicag.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 32 yaşlı modelin meyiti Kanadanın Montreal şəhərindəki Plateyu-Mont-Royal məhəlləsində tapılıb.
Dünyaşöhrətli müğənni Ledi Qaqanın “Born This Way” klipində rol alan və bununla da məşhurlaşan modelin hansı səbəbdən intihar etdiyi araşdırılır.
Əsl adı Stefani Germanotta olan modelin intihar xəbəri ilə bağlı L.Qaqa öz şəxsi “Twitter” hesabında başsağlığı yazıb.
“Zombi adam Rik Genestin intihar etməsi olduqca faciəvi hadisədir. Biz dəyərləri dəyişdirmək üçün çalışmalıyıq. Əsas psixoloji durumun necə olmasını qabartmalı və haqqında danışa bilmədiyimiz mövzuları tamamilə silmək üçün çalışmalıyıq. Əgər, acı çəkirsinizsə, yaxın bir dostunuzu və ailənizi axtarın. Bir-birimizi xilas etməliyik”, – deyə L.Qaqa bildirib.
Qeyd edək ki, R.Genest beyin xərçəngindən əziyyət çəkib. 15 yaşı olarkən həkimlər onun beynində şiş əmələ gəldiyini və hər an ölə biləcəyini bildiriblər.
Xatırladaq ki, Genestin adı bədənindəki tatuların sayına görə “Ginnesin Rekordlar Kitabı”na həkk olunub. Onun bədənində nə az, nə çox – düz 176 tatu olub. O, bədəninə ilk tatunu 16 yaşında döydürüb. 19 yaşında isə bütün bədəni tatu ilə örtülüb. Onun tatulu fotoları dünyaca məşhur jurnalların üz qabığında əks olunub.
www.yenicag.az