!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada işsizlərin sayı gələn ilədək nə qədər artacaq?

!Reklam – Yazi

Koronavirus pandemiyası səbəbindən dünyada işsizlərin sayı 2022-ci ilə qədər 200 milyon nəfəri keçəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında deyilir. Məlumata görə, bu rəqəm 205 milyon nəfərə çatacaq.

Cari ilin ikinci yarısında məşğulluğun bərpasının sürətlənəcəyi, ancaq bəzi ölkələrdə koronavirus peyvəndlərinə məhdud əlçatanlıq səbəbindən qeyri-bərabər olacağı qeyd edilib.

“Məşğulluq və iş saatlarının azalması əmək gəlirlərinin kəskin azalmasına və müvafiq olaraq yoxsulluğun artmasına səbəb oldu”, – deyə hesabatda qeyd olunur.

Hesabatda, həmçinin, vurğulanır ki, hazırda yoxsulluq səviyyəsindən aşağı kateqoriyaya 100 milyondan çox işləyən insan aid edilir.

BƏT işləyən insanların yoxsulluğunun aradan qaldırılması üçün yeni iş yerlərinin yaradılmasını və təsərrüfat gəlirlərinə dəstəyi özündə cəmləşdirən əmək bazarının bərpası strategiyasını təklif edib.

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv