!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada koronavirusa yoluxanların sayı 16,2 milyonu ötdü

!Reklam – Yazi

Dünyada COVID-19 virusuna yoluxanların sayı 16,2 milyon nəfəri ötüb.

Yenicag.az “Worldometer”ə istinadən xəbər verir ki, dünyada sutka ərzində 12 mindən çox yoluxma halı aşkarlanıb, 843 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, hazırda dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 16 202 385 nəfərə, ölənlərin sayı isə 648 445 nəfərə çatıb. Eyni zamanda, 9,9 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, 5 640 708 xəstənin müalicəsi davam edir.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib. Martın 11-də koronavirus infeksiyasının yayılması pandemiya elan edilib.

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv