!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən bahalı brendləri

!Reklam – Yazi

“Kantar” analitik agentliyi dünyada ən bahalı brendlərin yenilənmiş illik reytinqini dərc edib. Brendinin dəyəri 415 milyard dollar olan “Amazon” şirkəti reytinqdə birinci yeri tutub. Bu göstərici 2019-cu illə müqayisədə 132 milyard dollar çoxdur.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, araşdırmaya əsasən, “Amazon” şirkəti rəqəmsallaşmaya və oflayn ticarətin inkişafına aktiv sərmayə yatırmağa davam edir. “Amazon” brendi artıq ikinci il ardıcıl dünyada ən bahalı brend elan edilir.

Ən bahalı brendlərin siyahısında ikinci yeri 352,2 milyard dollar (+14%) göstəriciyə malik “Apple” şirkəti tutub. “Google” (323,6 milyard dollar) şirkətini reytinqdə qabaqlamış “Microsoft” (326,5 milyard dollar) şirkəti üçüncü yeri tutub. “Microsoft” və “Google” brendlərinin dəyəri bir il ərzində müvafiq olaraq 30% və 5% bahalaşıb. “Microsoft” brendinin dəyərinin artmasını mütəxəssislər “COVID-19” pandemiyası şəraitində “Microsoft Teams” korporativ messencerinin populyarlığının artması ilə izah edirlər.

Ən bahalı brendlərin onluğuna, həmçinin “Alibaba” (6-cı yer, dəyəri 152,5 milyard dollar), “Tencent” (7-ci yer, 151 milyard dollar) və “Facebook” (8-ci yer, 147,2 milyard dollar) texnologiya şirkətləri daxil edilib.

www.yenicag.az

3045
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv