Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyanın ən rahat şəhəri açıqlandı - SİYAHI

Dünyanın ən rahat şəhərlərinin yeni reytinqi açıqlanıb.

Yenicag.az xəbər verir ki, yeni reytinqi Böyük Britaniyanın “The Economist” jurnalının “The Economist Intelligence Unit” (EIU) Araşdırma Mərkəzi hazırlayıb.

2018-ci ilin reytinq cədvəlində dünyanın ən rahat şəhəri statusuna ilk dəfə Avstriya paytaxtı Vyana layiq görülüb.

Sonrakı yerlərdə Avstraliyanın Melburn və Yaponiyanın Osaka şəhərləri qərar tutub. Yeni reytinq cədvəlində ilk onluğa düşən şəhərlər bunlardır: Kalqari, Sidney, Vankuver, Tokio, Toronto, Kopenhagen və Adelaida.

Araşdırma zamanı EIU tədqiqatçıları beş kateqoriya – sabitlik, səhiyyə, təhsil, infrastruktur, eləcə də mədəniyyət və ətraf mühit üzrə 30-dan çox amili nəzərə alıb.

Yaşayış üçün ən az uyğun şəhər isə müharibənin ələk-vələk etdiyi Dəməşq (Suriya) olub. Son beşlikdə eyni zamanda, Dəkkə (Banqladeş), Laqos (Nigeriya), Karaçi (Pakistan) və Port Morsbi (Papua Yeni Qvineya) yer alıblar.

Qeyd edək ki, ötən il Avstraliyanın Melburn şəhəri yaşamaq üçün ən ideal şəhər seçilmişdi.

www.yenicag.az

2270
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100