Dünyanın ən soyuq və zülmət yeri-Foto
Dünyanın ən soyuq bölgəsinin harada yerləşməsi hər kəsi ən azı 1 dəfə də olsa düşündürüb.
Rusiyanın şimal-şərqində Oymyakon qəsəbəsi yerləşir ki, bura da dünyanın ən soyuq bölgəsi hesab olunur.
Oymyakonda qış aylarında havanın tempraturu -52 ilə -78 dərəcə arasında dəyişir. Bu rayonda cəmi 600 nəfər yaşayır.
Belə ki, bu qəsəbəyə dekabr ayında yalnız 3 saat gün işığı düşür. Həmçinin sözügedən qəsəbə dəniz səviyyəsindən 741 metr yüksəklikdə yerləşir.
Burada 1933-cü ildə rekord həddə soyuq qeydə alınmışdı. Havanın tempraturu -67 dərəcəyə qədər enmişdi.
Sakinlər isinmək üçün yalnız odun və kömürdən istifadə edir. Qeyd edə ki, tikinti aparmaq demək olar ki, qeyri-mümkündür.