Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyanın ən təhlükəsiz ölkələri - SİYAHI

2019-cu il üzrə planetin ən təhlükəsiz ölkələrinin siyahısı açıqlanıb.

Yenicag.az-ın məlumatına görə, “Global Finance” jurnalı tərəfindən hazırlanan reytinqə 128 ölkə daxil edilib.

Ən təhlükəsiz ölkə İslandiya seçilib. Növbəti yerlərdə isə ardıcıl olaraq İsveçrə və Finlandiya qərarlaşıb. İlk iyirmiliyə Qətər, Sinqapur, Yeni Zelandiya və Kanada kimi ölkələr də daxil olub.

Dünyanın ən təhlükəli ölkələri isə Qvatemala, Yəmən və Filippin adaları hesab edilib.

Qeyd edək ki, reytinq hazırlanan zaman hərbi münaqişələrin mümkünlüyü, cinayətkarlıq səviyyəsi və vətəndaşların şəxsi təhlükəsizliyi, iqtisadi inkişaf səviyyəsi və təbii fəlakətlər dərəcəsi də nəzərə alınıb./Trend/

Loading...

www.yenicag.az

7591
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100