Dünyanın ən varlı adamı Putindir?-İddia

media-hightechnic-468x90

RUSSIA-SYRIA-CONFLICT-PUTIN-IRAN“Hermitage Capital” investisiya fondunun rəhbəri Bill Brauder Rusiya prezidenti Vladimir Putinin dünyanın ən varlı adamı olduğunu iddia edib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Brauder Putinin sərvətinin 200 milyard dollar olduğunu deyib. O, “CNN” telekanalına müsahibəsində bildirib ki, “Rusiyada məktəblərin, xəstəxanaların, yolların bərpasına və inkişafına sərf edilməli pullar hansısa yolla Putinin hesabında peyda olub”.

Rusiyalı politoloq Leonid Polyakovun fikrincə isə, Bill Brauder belə çıxışlar etməklə Putindən intiqam almaq istəyir. “Bill Brauder “Qazprom”un hissələrini amerikalı, ümumiyyətlə xairici sahibkarlara satmaq qadağan edildiyi halda, qeyri-qanuni əməliyyatlar keçirib və vasitəçilərin köməyilə bu hissələrdən pay əldə edib. Bunların üstü açılanda o, məsuliyyətə cəlb edilib. Nəticədə Brauder Rusiyanı tərk edib. İndi də ona varlanmağa imkan verilmədiyi, Rusiya bazarından çıxarıldığı üçün Brauder hamıdan, ən əvvəl isə prezident Putindən intiqam almaq istəyir”, – deyə Polyakov bildirib.

Qeyd edək ki, Bill Brauder ilk dəfə deyil ki, Putinə qarşı belə iddialar səsləndirir. Belə ki, bu ilin yanvar ayında telekanallardan birinə müsahibəsində Brauder Putini “cinayətkar sindikat”ın lideri adlandırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600