!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən varlı adamının qızı - FOTOLAR  

!Reklam – Yazi

“Microsoft”un qurucusu və dünyanın ən zəngin insanlarından biri olan Bill Geytsin qızı Cenifer ingilis mətbuatının gündəmini zəbt edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Bill və xanımı Melindanın 21 yaşlı qızları Cenifer Geyts lüks həyatının hər anını “İnstagram”da izləyiciləri ilə bölüşür. İngiltərənin ən çox oxunan qəzetlərindən olan “Daily Mail” Stanford Universitetində oxuyan Ceniferin həyatını detalları ilə “analiz edib”.

Məlum olub ki, at minmək milyarder qızının ən sevimli hobbilərindən biridir. ABŞ Atçılıq Federasiyasının ən yaxşı jokey (çapar) siyahısında 19-cu sırada olan Cenifer müntəzəm olaraq bu sevimli məşğuliyyətinin fotolarını paylaşır. Paylaşımlarından göründüyü qədər, onun digər bir hobbisi istirahət etməkdir. Belə ki, Cenifer tez-tez fərqli ölkələrə səyahət edərək lüks otellərdə tətil edir. Tətil şəkillərində isə ən çox küveytli sevgilisi diqqət çəkir. Gənc oğlan qızı heç vaxt tək qoymur.

Vaşinqtonda doğulan Cenifer sevgilisi Nayel Nassar ilə universitetdə tanış olub. Küveytdən olan 26 yaşlı Nassar iqtisadiyyat fakültəsində təhsil alıb. Bill Geytsə də elə bu cür kürəkən lazımdır.

Qeyd edək ki, ata-anası sosial şəbəkədən az istifadə etməsi üçün Ceniferə tez-tez xəbərdarlıq edir. Lakin gənc qız heç bir qadağaya məhəl qoymur.

www.yenicag.az

2296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv