Dünyanın ən yaşlı marafonçusu VƏFAT ETDİ

media-hightechnic-468x90

Dünyanın ən yaşlı marafonçusu Hindistanda dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, 114 yaşlı Fauc Sinq xəstəlikdən deyil, bədbəxt hadisə nəticəsində vəfat edib.

Belə ki, onu yolu qarşı tərəfə keçərkən avtomobil vurub. İdmançı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Sinq 1911-ci ildə Pəncabda anadan olub, lakin həyat yoldaşının ölümündən sonra Britaniyaya köçüb.

O, idmana 89 yaşında başlayıb və Londonda ilk marafonunu 6 saat 54 dəqiqəyə qaçıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600