Dünyanın ilk 3D restoranı açıldı – FOTO
Yenicag.az xəbər verir ki, Hollandiyada “byFlow” şirkətinin qastronomik layihəsi çərçivəsində yaradılan restorandakı mebellər belə 3D-çapıdır.
Restoranda 3D-printerlərlə hazırlanmış humus, şokolad, üyüdülmüş noxud, keçi pendiri və ya xəmirdən yeməklər təqdim edilir.
Şirkət Berlin, Dubay, Seul, Roma, Tel-Əviv, Barselona, Paris, Amsterdam, Tokio, Toronto, Nyu-York, Taybey, Las-Veqas və başqa şəhərlərdə də 3D restoranları açmağı düşünür.
Yenicag.Az