Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyanın tanınmış siyasətçilərinin xəstəlikləri: Xərçəng, parkinson, diabet... - FOTOLAR

Reklam: Sinerji Pro

Qlobal siyasətdə vaxtilə və indi mühüm rol oynayan bir çox məşhurlar səhhət baxımından, heç də qayğısız deyillər.

Yenicag.az xarici mediaya istinadən bəzi tanınmış siyasətçilərin əziyyət çəkdiyi xəstəliklərlə bağlı məlumatı təqdim edir.

Litvanın baş naziri Saulius Skvernelis xərçəng olduğunu rəsmən etiraf edib.

Xəstəlik ilkin mərhələdədir və siyasətçi xərçəngi məğlub edəcəyini fikirləşir. Müalicə sentyabr-oktyabr aylarına planlaşdırılıb. “Xəstəlik yayılmayıb, müalicə aparılır, kimyəvi terapiya da var. Artıq ilkin mərhələyə dünəndən başlamışam, bu gün özümü gözəl hiss edirəm”, – deyə baş nazir bildirib.

Almaniyanın baş naziri Angela Merkelin kameralar qarşısında bədəninin əsməsi bu yay dünya mediasının ən çox müzakirə etdiyi mövzulardan olub.

Merkel artıq 3 dəfə mətbuat konfransları zamanı ictimaiyyət qarşısında əsib və bu, açıq-aydın kameralara düşüb. Lakin Merkel ilk titrəməsini susuzluqla əlaqələndirib. Daha sonra o, sağlamlığı haqqında açıqlama verməkdən imtina edərək, əla formada olduğunu deyib. Həkimlər bu barədə müxtəlif fikirlər səsləndiriblər. Bunu dərmanların əks təsiri, diabet və ya tiroidlə əlaqələndirənlər də var. Alman nevroloq Uve Yanke liderin çox nadir rast gəlinən ortostatik sarsıntıdan əziyyət çəkdiyini bildirib. Bu xəstəlik zamanı bədəndə sürətlə əzələlərin boşalması baş verir. Əsmə daha çox ayaq üstə olarkən yaşanır.

2007-ci ilin yayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan namaz qılmaq üçün məscidə gedərkən qanında şəkərin miqdarı qalxıb.

Nəticədə ölkə başçısı huşunu itirib. Şahidlərin dediklərinə görə, məsciddə olan hər kəs təşvişə düşüb. Dərhal təcili yardım çağırılaraq, prezidentə ilkin tibbi yardım göstərilib. Ərdoğan ayıldıqdan sonra qanda şəkərin və arterial təzyiqin artması nəticəsində halının pisləşdiyini bildirib: “Şəkərli diabetdən dolayı təzyiqimdə problemlər var idi. Allaha şükürlər olsun, hər şey yaxşıdır”.

Çexiya prezidenti Miloş Zemana şəkərli diabet və nevroloji xəstəliklər diaqnozu qoyulub.

Xəstəliyi ilə əlaqədar olaraq, prezidentə siqaret çəkmək və spirtli içki içmək qadağan edilib. Buna baxmayaraq, prezident siqaret və içkidən imtina etməyəcəyini deyib. “Cənab prezident gündə 50-60 əvəzinə 20 siqaret çəkəcək. Naharda isə 1 stəkan şərab içəcək”, – deyə prezidentin mətbuat xidməti bildirib.

Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz əl-Səudin də səhhəti yaxşı deyilmiş.

Yaxın Şərq mediasında yayılan xəbərlərə görə, kral bir dəfə insult keçirib və sağ əli fəaliyyətini itirib. Ölkə kralla bağlı bütün məlumatları gizlətdiyi üçün şayiələrə görə, Salmanın parkinson xəstəliyindən əziyyət çəkdiyi də bildirilir.

Dünya mətbuatında dəfələrlə Xameneyinin səhhətində problemlərin olmasına dair xəbərlər yayılıb.

Hətta 2015-ci ildə İran mediasında əməliyyatdan sonra dini liderin vəziyyətinin pisləşdiyi yazılıb. Buna baxmayaraq, Qərb mediası tez-tez Xameneyinin xərçəng xəstəsi olduğu haqda xəbərlər yayır.

Ölkədəki qapalı rejim Şimali Koreya lideri Kim Çen Inın səhhətindəki problemlərin dəqiqliyini təsdiqləməyə imkan vermir.

Məlumatlara görə, o, diabet və yüksək qan təzyiqindən əziyyət çəkir. Kim Çen Inın siqaretdən həddən artıq istifadə etdiyi və piylənmədən əziyyət çəkdiyi qeyd olunur. 2015-ci ildə Cənubi Koreya hökumətinin əldə etdiyi məlumata görə, son 5 ildə Kim Çen In 30 kq çəki alıb. O, çəkisi hazırda 130 kilodur.

Firuzə Alimova

www.yenicag.az

1116