!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın yenidən bölüşdürülməsi: Putin Qərbə hansı mesajları verir?

!Reklam – Yazi

“Putin bununla Qərbə bir daha öz məqsədlərindən geri çəkilməyəcəyini və əlində hələ xeyli rıçaqlar olduğunu nümayiş etdirir”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya prezidenti Vladimir Putinin BRİKS toplantısı çərçivəsində Qərbə mesajını şərh edən siyasi şərhçi Rəfail Becanov deyib.

Onun sözlərinə görə, BRİKS-in Kazanda keçirilən növbəti Sammiti Rusiyanın və bu təşkilatda birləşən digər dövlətlərin birqütblü dünya sistemindən çıxmaq və yenidən ikiqütblü düzənə keçid üçün fəaliyyətin davam etdirilməsidir.

“Bu, birlik Qərb ölkələrinin dünya səhnəsində monopoliyasına son qoyulmasından xəbər verir. Artıq Qərbdə də bunu etiraf edirlər. Bu birlik gücləndikcə və genişləndikcə, ABŞ və kollektiv Qərbin dünyada yaratdıqları monopoliyaya son qoyulur. Söhbət burada nəyin pis, nəyin yaxşı olmasından getmir. Söhbət monopolistik dünya düzəninin dəyişməsindən və ya dəyişdirilməsindən gedir”, – deyə o bildirib.

R.Becanovun sözlərinə görə, Qərbdə həyəcan təbili çalınır ki, Qərb dövlətləri öz strateji baxışlarını müdafiə etməlidirlər, yoxsa, yeni bir alternativ nizam yaranır:

“Əslində, Qərb haqlı olaraq həyəcanlanır. BRİKS çərçivəsində maliyyə əməkdaşlığının dərinləşməsi, birliyin sıralarının genişlənməsi nəzərdə tutulur. Bu da dünya düzənində artıq alternativin mövcud olması deməkdir. Sürətlə inkişaf edən və əsası 5 dövlət tərəfindən qoyulan birliyə indi 30 ölkənin üzv olmaq arzusu var. Hələlik, onların üzv və tərəfdaş olmaları müzakirə predmetidir. Amma dünya iqtisadiyyatında xüsusi pay sahibi olan 5 ölkənin sırasına Türkiyə, İran və digər bir sıra ölkələrin qoşulmaq istəyi yeni, güclü bir təşkilatın meydana çıxması ehtimalının artırır. Bu gün iqtisadi dayaqları önə çəkən bu ölkələr sabah siyasi maraqlarını da uzalşdırsalar, Qərb üçün ciddi problemlər yaranacaq”.

O vurğulayıb ki, Putin bununla Qərbə bir daha öz məqsədlərindən geri çəkilməyəcəyini və əlində hələ xeyli rıçaqlar olduğunu nümayiş etdirir.

“Qərbin də indiki situasiyada geri çəkiləcəyi gözlənilmir. Bu da o deməkdir, Qərb də, Rusiya da indiki status-kvodan imtina etməyəcək. Ukrayna cəbhəsində müharibə davam edəcək, sakitliyi, sülhü hələ uzun zaman gözləməliyik.

O cümlədən, Yaxın Şərqdə də vəziyyətin stabilləşəcəyini ehtimal etmək çətindir. Yaxın Şərqdə Rusiya-Qərb qarşıdurmasının sıraları genişlənir. Burada Çinin, İranın, Türkiyənin hər birinin öz maraq və yanaşmaları var. Bu da onu göstərir ki, stabilləşmə olması üçün kimsə geri çəkilməlidir. Amma nə ABŞ və müttəfiqləri, nə də Rusiya və mütəqfiqləri geri çəkilənə oxşamır. Hazırda dünyada iqtisadi resurslara, ölkələrə nəzarət uğrunda gərgin mübarizə gedir”, – deyə o əlavə edib.

O qeyd edib ki, maraqlar uğrunda mübarizə gedən regionlardan biri də Cənubi Qafqazdır.

“Gürcüstanda bir neçə gündən sonra keçiriləcək parlament seçkiləri öncəsi vəziyyəti müşahidə etdikdə, gərgin mübarizə və qarşıdurma aşkar görünür. Eyni zamanda Ermənistanda Qərbin və Rusiyanın maraqları toqquşur. Paşinyanın asanlıqla özlərinin dövlət maraqlarını bu maraqlara qurban verməsinin şahidi oluruq. Bu regionun ən sabit ölkəsi Azərbaycandır. Lakin bizə də müxtəlif təzyiqlər edilir.

Dünyanın yenidən bölüşüdürülməsi uğrunda mübarizə getdikcə aktiv fazaya daxil olur. BRİKS-i həm də bu aspektdən qiymətləndirmək lazımdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv