Gözlərimiz niyə yol çəkir? - Alimlərin araşdırması şok nəticələri üzə çıxardı
Elm adamları gözün bir nöqtəyə zillənməsini (gözün yol çəkməsinin) beynin gecikmiş təmizlənmə prosesi ilə bağlı ola biləcəyini aşkar ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə Masaçüsets Texnologiya İnstitutunun (MİT) alimləri araşdırma aprıblar.
Araşdırma çərçivəsində 26 iştirakçı əvvəlcə normal yuxudan sonra, daha sonra isə oyaq qaldıqları bir gecənin ardından testlərdən keçib. Eksperiment zamanı onların reaksiyaları “EEG” və “fMRI” cihazları ilə izlənilib.
Nəticələr göstərib ki, yuxusuzluqdan sonra iştirakçılar testlərdə daha zəif performans göstərib və “gözün yol çəkməsi” halları artıb.
Ən diqqətçəkən müşahidə isə bu qısa diqqət itkisi anlarında onurğa beyni beyindən mayesinin dalğa şəklində axması olub. Alimlər bu prosesin normalda dərin yuxu zamanı baş verdiyini və beynin yığılan tullantıları təmizləməyə xidmət etdiyini bildiriblər.
Araşdırma zamanı göz bəbəklərinin daralması, tənəffüs və ürək ritminin yavaşlaması da qeydə alınıb.
Alimlər bu tapıntıların keyfiyyətli yuxunun əhəmiyyətini bir daha vurğuladığını bildiriblər.












