Həkimlər 300 qramlıq körpəni xilas etdilər
Almaniyanın Maqdeburq Universitet Klinikasında həkimlər inanılmaz tibbi möcüzəyə imza atıblar.
Yenicag.az xəbər verir ki, onlar doğulmalı vaxtından 16 həftə əvvəl, cəmi 300 qram çəkidə dünyaya gələn qız körpənin həyatını xilas etməyi bacarıblar.
Məlumata görə, belə hallarda körpələrin sağ qalma ehtimalı cəmi 25 faiz təşkil edir. Lakin tibbi heyətin peşəkarlığı və ailənin dəstəyi sayəsində balaca qız yaşamağı bacarıb.
Doğuşdan sonra körpə təxminən iki ay süni tənəffüs aparatına qoşulub. Valideynlər isə bu müddət ərzində fasiləsiz olaraq onun yanında olublar və uşaqla emosional bağın itməməsi üçün hər cür səy göstəriblər.
Yeddi həftə sonra körpə artıq öz nəfəsi ilə yaşamağa başlayıb, daha iki həftə sonra isə evə buraxılıb.
Həkimlər bildiriblər ki, körpə hazırda tam sağlamdır və normal inkişaf edir./Musavat/












