Buğda yüklü qatar Azərbaycandan keçib Ermənistana getdi

media-hightechnic-468x90

Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanata uyğun olaraq, buğda yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana gedib.

media-banner_tuq

Yenicag.az APA-ya istinadən xəbər verir ki, noyabrın 4-də saat 00:15-də Rusiyadan Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05