Sankt-Peterburqda Zəfər Günü qeyd olundu

media-hightechnic-468x90

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu 44 günlük Vətən müharibəsində ölkəmizin qələbəsinin beşinci ildönümü münasibətilə tədbir keçirib.

Yenicag.az Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir ki, tədbir iştirakçıları müharibədə qəhrəmancasına həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səfir Rəhman Mustafayev və baş konsul vəzifəsini icra edən Anar Yusifzadə 8 noyabrın – Zəfər Gününün Azərbaycan dövlətçilik tarixində xüsusi əhəmiyyətini vurğulayıblar.

Qonaqlara Qarabağ və Şərqi Zəngəzur ərazilərinin işğaldan azad edilməsindən sonra həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və reinteqrasiya layihələri barədə məlumat verilib.

Tədbirdə həmçinin Zəfər Gününə həsr olunmuş fotosərgi və sənədli film nümayiş etdirilib./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa