“Rusiyadan gələn buğda dəmir yolu ilə Azərbaycan vasitəsilə Ermənistana daşınır“ - Papoyan
“Rusiyadan gələn buğda dəmir yolu ilə Azərbaycan vasitəsilə Ermənistana daşınır.”
Yenicag.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan deyib.
O həmçinin sosial media hesabında yaxın günlərdə Qazaxıstan buğdasının da bir partiyasının gələcəyini bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstanda səfərdə olarkən Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb./APA












