Nyu-Yorkda mer seçkisi başladı
ABŞ-nin ən böyük şəhəri olan Nyu-Yorkda milyonlarla seçici yeni meri müəyyən etmək üçün səsverməyə gedib.
Yenicag.az xəbər verir ki, “Report”un ABŞ bürosu şəhərdə fəaliyyət göstərən seçki məntəqələrini ziyarət edib və seçkilərin gedişatı ilə yaxından tanış olub.
Qedy edək ki, seçkilərdə xüsusi aktivlik müşahidə olunur. Səsvermə yerli vaxtla səhər saat 06:00-da başlayıb və indiyədək təxminən 1,2 milyon nəfər artıq səs verib ki, bu da əvvəlki mer seçkilərindən daha yüksək göstəricidir. Nəticələrin axşam saatlarında açıqlanması gözlənilir, lakin qalibin müəyyənləşməsi gecə yarısına qədər çəkə bilər.
Seçkilərdə əsas mübarizə Demokratlar Partiyasından olan Zohran Mamdani ilə keçmiş qubernator, müstəqil namizəd Endryu Kuomo və Respublikaçılar Partiyasının namizədi Körtis Sliva arasında gedir.
Zohran Mamdani qalib gəldiyi halda Nyu-York tarixində ilk müsəlman mer olacaq. Kuomo uzun illər Nyu-York ştatının qubernatoru kimi fəaliyyət göstərmiş təcrübəli siyasətçidir. Kuomo həm Demokrat, həm də bəzi Respublikaçı seçicilərin dəstəyini qazanmağa çalışır. Körtis Sliva isə sərt qaydaların bərpasını və polis gücünün artırılmasını təklif etsə də, sorğular onun qalib gəlmə ehtimalının aşağı olduğunu göstərir.












