!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünyaya səs salan MİLYONLUQ SƏRVƏT: “Sandıqçaya 70 min avro versələr də...” - VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

İncə, zərif naxışlarla süslənən, milli ruhumuzu özündə əks etdirən, sirli-sehrli sandıqçalar, gözəlliyi sözə, vəsfə sığmayan ecazkar mücrülər, milliliklə dünyəviliyin harmoniyasını özündə birləşdirən dekorativ bəzək əşyaları və daha nələr-nələr…

Göz nuru, əl əməyinin məhsulu olan nəfis yaradıcılıq nümunələri ilə bəzənmiş əsrarəngiz məkan… İnsan bu məkana qədəm qoyduğu ilk andan özünü sanki möcüzələr aləmində hiss edir. Bizi bu gözəlliklərdən zövq alaraq feyziyab olmaq üçün o sehrli aləmin qapılarını üzümüzə açan isə soylu Sərdarlılar ailəsidir.

“Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin qurucuları, tanınmış dekorativ tətbiqi sənət ustaları – Sərdarlı ailəsinin üzvləri İsgəndər, Lalə və Toğrul Sərdarlı…

Onlar yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında yetərincə məşhurdurlar. Bu insanların həyat verdiyi misilsiz sənət nümunələri dünyanın bir sıra möhtəşəm muzeylərini, eləcə də nüfuzlu şəxsi kolleksiyalarını bəzəməkdədir.

Yenicag.az bəhs olunan bənzərsiz sənət nümunələrinin yaradıcısı olan Sərdarlılar ailəsi ilə maraqlı videomüsahibəni təqdim edir:

Cəvahir
Samir

www.yenicag.az

2460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv