Düşmənin təxribatının qarşısı alınıb, bir əsgərimiz şəhid olub

media-hightechnic-468x90

320ebf5c56fcba9b49badde361ca8b07“Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib”

Düşmənin təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb.

Martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.

Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Düşmənlə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Atayev Anar Mamed oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600