“Düşünürəm ki, qanunla bağlı Prezidentin əlavə təklifləri olacaq”
“Kənd təsərrüfatı haqqında” Qanun Prezident Administrasiyasına təqdim olunub. Bundan sonra o, yenidən Milli Məclisin müzakirəsinə veriləcək”.
Bunu açıqlamasında deputat Eldar Quliyev deyib. “Düşünürəm ki, qanunla bağlı Nazirlər Kabinetinin və ya Prezidentin əlavə təklifləri olacaq”.
Qeyd edək ki, Prezidenti İlham Əliyev “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində əlavə tədbirlərin görülməsi, “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsini, kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsinə dair təkliflərini üç ay müddətində, Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsinə, o cümlədən onun yerli bölmələrinin təşkilinə dair təkliflərini iki ay müddətində hazırlamaq tapşırılıb(modern.az).