DYP sürücülərə müraciət etdi

media-hightechnic-468x90

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən Yenicag.az-a verilən məlumata görə, müraciətdə deyilir:

“Hazırda ölkə ərazisində küləklə müşahidə olunan əlverişsiz hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskini artırır.

Həftəsonu magistral yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Bununla yanaşı, küləkli, yağışlı havanın xüsusilə moped və motosiklet idarə edən şəxslər üçün təhlükəli olduğunu nəzərə alaraq, bu tip nəqliyyat vasitələrinin sürücülərindən xüsusilə ehtiyatlı olmağı xahiş edirik”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa