“Ebola”-dan ölənlərin sayı 11200-ü keçdi

media-hightechnic-468x90

imagesQərbi Afrikada “Ebola” virusundan ölənlərin sayı 11 200 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir.

Iyunun 16-dan etibarən Qərbi Afrikada 38 nəfər ölümcül virusun qurbanı olub, xəstəliyə 134 yeni yoluxma halları qeydə alınıb.

Epidemiya başlanandan Qvineya, Liberiya və Syerra-Leonedə 27 443 yoluxma, 11 207 ölüm halı qeydə alınıb. Liberiyada 10 666 yoluxma və 4 806 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, mayın 9-da Ümumdünya Səhiyyə Təşkilatı Liberiyanı virusdan tam azad olduğunu elan edilib. Lakin Qvineyada və Syerra Leonedə xəstəlik tügyan etməkdə davam edir. Sierra-Leonedə xəstəliyə 13 059 nəfər yoluxub, 3 928 nəfər ölüb, Qvineyada 3 718 nəfər xəstələnib, 2 473 nəfər həyatını itirib.

Bundan başqa Mali, Nigeriya, Seneqal, İspaniya, Böyük Britaniya və ABŞ-da da Ebola virusuna yoluxma halları qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600