“Eco Hub”un “Sıfır Tullantı” maarifləndirmə proqramı uğurla yekunlaşdı - FOTO

media-hightechnic-468x90

 

Ətraf mühitin qorunması və ekoloji məlumatlılığın artırılması məqsədilə “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən “Sıfır Tullantı Təşəbbüsü” adlı maarifləndirmə proqramı həyata keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan proqram çərçivəsində ekoloji mövzulara həsr olunmuş silsilə video-buraxılışlar (podcastlar) hazırlanıb. Buraxılışların əsas məqsədi dinləyicilərdə ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, davamlı inkişaf və yaşıl iqtisadiyyat kimi mövzularda məlumatlılığın artırılmasına və ekoloji şüurun formalaşmasına töhfə vermək olub.

Podcastlarda ətraf mühitin mühafizəsi və dayanıqlılıqsahəsində fəaliyyət göstərən mütəxəssislər, dövlət qurumları rəsmiləri, QHT təmsilçiləri və aparıcı şirkətlərin nümayəndələri iştirak edərək tullantıların idarə olunması, ekoloji çağırışlar və yaşıl həllər mövzularında müzakirələr aparıblar.

Podcast buraxılışları sosial media platformalarda böyük dinləyici auditoriyası qazanıb. EcoHub-ınhəyata keçirdiyi “Sıfır Tullantı” proqramı cəmiyyətin müxtəlif təbəqələrini ekoloji məsuliyyətə təşviq etməyi və “sıfır tullantı” prinsiplərinin təbliğini gücləndirməyihədəfləyir.

Layihə çərçivəsində, həmçinin ekoloji mövzulara həsr olunan maarifləndirici vizual məzmunlar hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb. Bu məzmunlar geniş auditoriya tərəfindən maraqla qarşılanıb və ətraf mühitin qorunması istiqamətində ictimai məlumatlılığın artırılmasına töhfə verib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa