!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ədalət Partiyasından Zəhranın qətliylə bağlı hakimiyyətə çağırış

!Reklam – Yazi

Erməni terrorçu-separatçılarının və işğalçı ordusunun Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı körpə Zəhranı qətlə yetirməsi faktı ərazilərinin xeyli hisisəsi işğal altında olan Azərbaycan cəmiyyətində növbəti hiddət və qəzəb dalğasının yaranmasına səbəb olub.

Ölkənin ictimai-siyasi həyatının, demək olar ki, bütün fəal iştirakçıları ermənilərin bu azğın və qəddar əməllərinə son verilməsi üçün həm Azərbaycan hakimiyyətini, həm də beynəlxalq təşkilatları qətiyyətli addımlar atmağa səsləyirlər.

Növbəti belə sərt çağırış Ədalət Partiyasından gəlib.

Bu partiyanın hazırda Türkiyədə yaşayan sədr müavini Etimad İsmayılov Strateq.az-a açıqlamasında bildirib ki, hakimiyyət xarici güclərin təhdidlərindən çəkinməyərək, düşmənin azğınlığına son vermək üçün xüsusi hərbi əməliyyatların tətbiqinə də əl atmalıdır:

“Məsum Zəhranın qə­tliylə bağlı ailəsin­in dərdini bölüşür, eyni zamanda partiyamız adından Azərbaycan hakimiyyətinə müraciət edirəm: dünya güclərinin hədə və təhdidlərinə məhəl qoymadan, ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edin və israrla BMT Təhlükəsizlik Şurasından öz qərarlarını yerinə yetirməyi tələb edin! Eyni zamanda, düşmənin bu azğınlığının qarşısını almaq üçün xüsusi hərbi əməliyyatlara, o cümlədən 1000 əsgərdən iba­rət snayper savaşına əmr verin!”

Yenicag.az

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv