“EDDE Global” təşkilatçılığı ilə “MBA təhsili: Haradan başlamalı?” mövzusunda konfrans keçirildi - FOTO/VİDEO

media-hightechnic-468x90

“EDDE Global”ın təşkilatçılığı ilə paytaxtda MBA təhsili, beynəlxalq standartlar və karyera planlamasına dair mühüm tədbir baş tutub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, konfransın əsas məqsədi MBA proqramları haqqında dolğun məlumat vermək və seçim mərhələsində olan namizədlərə praktik yol xəritəsi təqdim etmək olub.

Tədbirdə Özyeğin Universitetinin müəllimi, EMBA və MBA proqramlarının akademik direktoru, dosent doktor Kıvılcım Döğerlioğlu Demir iştirak edib. O, MBA təhsilinin müasir biznes dünyasındakı transformasiyasından və idarəçilər üçün yaratdığı geniş imkanlardan bəhs edib.

K.D.Demir namizədlərə proqram seçimi zamanı yalnız akademik keyfiyyətlə kifayətlənməməyi, təhsilin praktiki tətbiq sahələrinə də xüsusi diqqət yetirməyi tövsiyə edib.

Konfransın digər önəmli spikeri, Beynəlxalq Tanıtım üzrə komanda rəhbəri Aşaroğlu Sertaç xaricdə MBA təhsili və qəbul prosesinin incəliklərini iştirakçıların diqqətinə çatdırıb. Qlobal təhsil bazarındakı tendensiyaları təhlil edən mütəxəssis, namizədlərin beynəlxalq arenada rəqabətədavamlı olması üçün düzgün universitet seçiminin həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“EDDE Global”ın nümayəndəsi Çiçək Quliyeva qurumun əsas missiyasından və gənclərin düzgün ixtisas seçiminə verdikləri töhfələrdən danışıb. O bildirib ki, MBA təhsili sadəcə bir hədəf deyil, peşəkar həyatın başlanğıcıdır.

İştirakçıların yüksək marağı ilə qarşılanan konfransın sonunda sual-cavab sessiyası təşkil olunub. Namizədlər fərdi karyera planlaması və MBA seçimləri ilə bağlı suallarını birbaşa beynəlxalq mütəxəssislərə ünvanlamaq imkanı əldə ediblər.

Qeyd edək ki, “EDDE Global” bundan sonra da MBA və digər beynəlxalq təhsil proqramları ilə bağlı maarifləndirici tədbirlər, seminarlar və informasiya sessiyaları təşkil edərək gənclərin düzgün qərar vermə prosesinə dəstək olmağa davam edəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05