Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ədliyyə Akademiyasında pulsuz hüquq yardım göstərilir

“Ədliyyə Akademiyasının tərkibindəki “Hüquqi təminat” bölməsi pulsuz hüquq yardım göstərən bir qurumdur”.

Yenicag.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin onlayn müzakirəsi zamanı Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov deyib.

Onun sözlərinə görə, pulsuz hüquqi yardım göstərilməsi akademiyanın əsas fəaliyyət istiqaməti deyil: “Bu, əsasən Vəkillər Kollegiyasının fəaliyyətinə aiddir. Ancaq bu, bizim üçün ona görə vacibdir ki, Akademiyanın “Hüquqi təminat” bölməsinə daxil olan şikayətlər bizim üçün praktiki əhəmiyyət kəsb edir. Belə ki, nəzəri biliklərlə təcrübəni birləşdirərək tədris edirik. Həmçinin əhalinin imkansız təbəqəsinə fayda verir, onlara pulsuz hüquqi yardım göstəririk. Bu fəaliyyətə əksər vaxtlarda hüquq fakültələrinin tələbələrini cəlb edirik”.

 

www.yenicag.az

284