!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ədliyyə naziri  vətəndaşların videoqəbulunu keçirdi

!Reklam – Yazi

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu ən ümdə vəzifələrdən biri insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə və şəxsi qəbullarına hər zaman həssaslıqla yanaşılmasını diqqətdə saxlamaqdır.

COVİD-19 qlobal pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi şəraitində kütləvi tədbirlərlə yanaşı, bilavasitə qəbullar təxirə salınıb.

Bununla əlaqədar nazirlik tərəfindən vətəndaşların müraciətlərinə elektron qaydada baxılması təmin edilir, eyni zamanda dövlət başçısının tapşırığına uyğun olaraq nazirlikdə vətəndaşların videoqəbulunun Qaydası müəyyən olunub və bu işin təşkilində müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə olunur.

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoqəbulu keçirilib.

Gəncə, Şəki və İmişli regional ədliyyə idarələri vasitəsilə qəbula yazılmış vətəndaşların videokonfrans formatında ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Bölgələrin sakinləri COVİD-19 qlobal pandemiyası şəraitində xalqımızın sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı göstərilən qayğılı və həssas münasibətə görə respublika Prezidentinə və Birinci vitse-prezidentə təşəkkürlərini ifadə edib, bununla bağlı qəbulun videoformatda təşkilindən məmnunluqlarını bildiriblər.

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv