Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ədliyyə Nazirliyindən yayılan şayiələrə münasibət

“Ölkəmizdə bütün sahələrdə olduğu kimi ədliyyə və məhkəmə sistemində də islahatlar aparılır. Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, yeniliklər və innovasiyaların tətbiq olunması, o cümlədən kadr islahatlarının aparılması barədə nazirlik tərəfindən ictimaiyyət mütəmadi olaraq dolğun və operativ məlumatlandırılır. Gördüyünüz kimi, xüsusi karantin rejimi dövründə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunmaqla əhaliyə xüsusi maraq olan mövzularda birbaşa bağlantılar təşkil olunur. Fürsətdən istifadə edib bu işdə bizə daim dəstək verən bütün KİV-ə, vətəndaş cəmiyyəti nümayəndələrinə minnətdarlığımı bildirirəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

A.Sabitova qeyd edib ki, bu cür kommunikasiya xüsusilə indiki qlobal pandemiya şəraitində əhalinin hüquqi maarifləndirilməsində və şəxsi qəbulların təxirə salındığı bir dövrdə vətəndaşların müraciətlərinin cavablandırılmasında mühüm rol oynayır: “Ədliyyə fəaliyyətində müasir texnologiyaların tətbiqi genişləndirilir, o cümlədən elektron xidmətlərinin sayı artırılır, onların mobil versiyaları hazırlanır. Bu barədə sizə görüşlərimizdə, təqdimatlarımızda, ictimai müzakirələrdə, mətbuat konfranslarında və brifinqlərdə məlumat vermişik.

Kadr məsələsinə gəlincə isə bildirməliyəm ki, təkcə cari ilin 6 ayı ərzində 80-dən artıq gənc ədliyyə orqanlarına qulluğa qəbul olunmuş, 70 işçinin rotasiyası aparılıb Eyni zamanda, son dövrdə fəaliyyətində pozuntulara və ciddi nöqsanlara yol verən 400 ədliyyə işçisi, o cümlədən, 40 icra xidməti əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Cəza almışlardan 25 nəfəri ədliyyə orqanlarından xaric olunub, 12-si məsul vəzifəsindən azad edilib. Hətta 5-i barədə materiallar istintaqa göndərilib.

O həmçinin vurğulyıb ki, 16 nəfər ədliyyə işçisi xüsusi karantin rejimi tələblərini pozduqlarına görə cəzalandırılıb: “Bundan əlavə, nazirlikdə son zamanlar aparılan kadr islahatları çərçivəsində bir neçə baş idarə və idarələrin rəhbərliyi yenilənib, o cümlədən də İcra Baş idarəsinin rəisi tutduğu vəzifəsindən azad edilib. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, son günlər bəzi sosial şəbəkə səhifələrində və xəbər portallarında bununla bağlı sensasiya xətrinə dezinformasiya xarakterli statuslara, yazılara, hətta canlı yayımda qərəzli uydurma çıxışlara rast gəlinir.

Odur ki, hörmətli və dəyərli sosial şəbəkə istifadəçilərindən, KİV nümayəndələrindən, vəkillərdən və digər peşə mənsublarından hansısa və ya kimlərinsə maraqları ucbatından təqdim edilən şaiyə xarakterli qərəzli məlumatlara inanmamağı və onları dəqiqləşdirmədən yaymaqdan həqiqət naminə çəkinməyi xahiş edirəm!”

Loading...

www.yenicag.az

325