Edmon Marukyan Paşinyana RƏQİB OLDU

media-hightechnic-468x90

 

“Vətəndaş Müqaviləsi” partiyasından uzaqlaşdırılmış Ovik Ağazaryan və Hakob Aslanyan Baş nazir vəzifəsinə “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyanın namizədliyini irəli sürüblər.

Yenicag.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ovik Ağazaryan “Facebook” hesabında məlumat verib.

Ağazaryan daha əvvəl bildirmişdi ki, o və Hakob Aslanyan parlamentdə Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinə başlamağa hazırlaşırlar və onların baş nazirliyə namizədi böyük ehtimalla keçmiş bir “Vətəndaş Müqaviləsi” Partiyasının (VMP) üzvü olacaq.

“Birləşmiş Sosialist Milli Partiyası” İdarə Heyətinin üzvü kimi bəyan edirəm ki, idarə heyətinin qərarı ilə Ermənistan Respublikası Baş nazirinə etimadsızlıq haqqında qərar layihəsi ilə çıxış etmək və Baş nazir vəzifəsinə Ermənistan parlamentinin 5-ci, 6-cı və 7-ci çağırış deputatı, keçmiş xüsusi tapşırıqlar üzrə səfir, “Parlaq Ermənistan” Partiyasının sədri Edmon Marukyanın namizədliyini irəli sürmək deputatlar Hakob Aslanyan və Ovik Ağazaryana həvalə olunub”, – deyə Ağazaryan yazıb.

Qeyd edək ki, Ovik Ağazaryan dekabrın 2-də Ermənistanın Baş naziri Nikol Paşinyanın mandatını təhvil verməklə bağlı müraciətini rədd etmişdi. Dekabrın 3-də “Vətəndaş Müqaviləsi” Partiyasından, ertəsi gün isə parlamentdəki fraksiyadan uzaqlaşdırılmışdı. Hakob Aslanyan isə dekabrın 11-də VMP fraksiyasından, 17-də isə partiyadan çıxarılmışdı.

Dekabrın 29-da Ovik Ağazaryan “Birləşmiş Sosialist Milli Partiyası” (BSMP) adlı yeni bir siyasi təşkilat qurduğunu elan edib.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600