“Efirə çağırmayacağam” – Tolik hansı müğənnilərə QADAĞA QOYDU?
“Efir tərbiyəsi olmayan, konsert salonlarını restoran kimi tanıyan, danışığını bilməyən, böyük-kiçik yeri bilməyən müğənniləri efirə çağırmayaq”.
Yenicag.az xəbər verir ki, bu sözləri prodüser, aparıcı Tarix Əliyev deyib.
O, buna görə özünə söz verdiyini bildirib:
“Dostum Zaur Nəbioğlu ilə danışdıq və belə qərara gəldik ki, bayağı deməyim, efir tərbiyəsi olmayan, konsert salonlarını restoran kimi tanıyan, danışığını, böyük-kiçik yeri bilməyən müğənniləri efirə çağırmayaq. Bunu mən də özümə söz verdim ki, bəli, çağırmayacağam. Efirə səsi olanlar dəvət olunacaqlar. Zaur Nəbioğlu da dedi ki, mən də onları çağırmayacağam. Artıq Elgiz Əkbər də onları boykot etməyə çağırıb. Biz boykot etməyəcəyik. Televiziya tamaşaçılar üçün fəaliyyət göstərir. İçi mən qarışıq, biz nə versək, onlar da ona baxacaqlar. Bir ay, iki ay onları verməsək, onlar heç kimin yadına düşməyəcək. Televiziyalar da öyrəşəcək. Onda reytinq ölçü meyarını yox, zövqlü tamaşaçının meyarını gətirəcəyik efirə”.
Cəvahir