!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqanıstanda ölən pilotlarımızın cəsədi Bakıya gətirildi

!Reklam – Yazi

36596Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan “Silk Way” aviaşirkətinin “An-12” yük təyyarəsinin həlak olmuş yeddi heyət üzvünün cəsədləri bu gün Bakıya gətirilib. “Silk Way” aviaşirkətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, cəsədlər üzərində zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq.

Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlmişdi və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşmüşdü. Təyyarənin göyərtəsində yük olmayıb.

Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub.

Hadisə nəticəsində iki Ukrayna vətəndaşı – texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir.

Bundan əlavə, qəzaya uğrayan “An-12” təyyarəsinin “qara qutuları” Bakıya gətirilib və onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. “Qara qutuların” oxunması ilə Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə məşğul olacaq.
Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılan komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirirlər.

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv