“İnsan Haqları üzrə İşçi Qrupu toplaşacaq”.
Bu haqda Modern.az saytına hüquq müdafiəçisi Novella Cəfəroğlu Novruz bayramı ərəfəsində gözlənilən əfv sərəncamı barədə danışarkən bildirib.
O qeyd edib ki, təxminən 20 gün əvvəl İşçi Qrupunun iclası olub: “Toplaşdıq, müzakirələr apardıq. Bu ay növbəti iclasımız olacaq”. N.Cəfəroğlu deyib ki, əvvəlcədən müəyyən olunan siyahıya daha bir neçə yeni məhbusun adının salınması gözlənilir.
Qeyd edək ki, Novruz bayramı ərəfəsində imzalanacaq əfv sərəncamının böyük sayda məhbusa şamil olunacağı gözlənilir. Budəfəki əfvdə uzun müddətdir azadlığa çıxacağı gözlənilən jurnalistlərin də adının olacağı istisna edilmir.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin 29 dekabrında, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində imzaladığı sərəncamla 210 məhbus azadlığa çıxıb.
www.yenicag.az