Reklam

Reklam

efvyeniddh“Ölkədə tarixi bir dəyişiklik oldu. Təbii ki, referendumdan sonra əfv sərəncamının imzalanması istisna deyil”.

Bu barədə AzNews.az-a Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın istər tarixi hadisələri, istərsə də konstitusiya dəyişiklikləri ilə bağlı həmişə bir qayda olaraq əfv sərəncamı imzalanıb: “Əfv birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Təbii ki, əfv olacaq. Amma bunun nə vaxt olacağını deyə bilmərəm. Çünki bu, prezidentin səlahiyətinə aiddir. İlin sonuna kimi yeni əfv sərəncamının olmasını arzulardıq”.

Ə. Nuriyev hazırda quruma əfvlə bağlı müraciətlərin daxil olduğunu vurğulayıb: “Komissiya üzvü kimi mənim də ünvanıma ərizələr gəlir. Məhkumların yaxınları, doğmaları tərəfindən yazılan müraciətlərə baxılır. Biz o müraciətlərin hər birini katibliyə yönəldirik. Hazırda gərgin iş gedir”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 103
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."