Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əfv sərəncamının icrasına başlanıldı

awsedaw9Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.

İlk olaraq müsavatçı gənc Sirac Kərimli azadlığa buraxılıb. Hazırda S.Kərimli evindədir.

Prezident İlham Əliyevin imzaladığı sərəncam 148 nəfərə şamil ediləcək.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.

Əfv sərəncamında bəzi tanınmış şəxslərin də adları var. Bunlar Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyev, “İnsan hüquqları” klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, “Demokratiyanın Tədrisi Mərkəzi”nin həmtəsisçisi və sədri Anar Məmmədli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, “Talışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovdur.

Bundan başqa, əfv siyahısında 13 əcnəbinin də adı var.(report)

Loading...

www.yenicag.az

468
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100