!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əhali evdə qalıb sıxılır, qadağalara əməl etmir” - Aqil Abbas

!Reklam – Yazi

“Virusa yoluxanların sayı azalarsa, təbii ki karantin müddətini yekunlaşdırmaq olar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə tətbiq edilmiş karantin rejiminin uzadılacağı haqda ehtimallara münasibət bildirən millət vəkili Aqil Abbas deyib.

Aqil Abbasın fikrincə, indiki vəziyyətdə karantin rejimi müddətinin uzaldılacağı daha real görünür:

“Əhali evdə qalıb sıxılır, qadağalara əməl etmir. Bunu vətəndaşlara yazılan cərimələrin sayından da açıq görürük.

Ölkədə virusa yoluxanların sayı azalarsa və xəstələnənlər arasında sağalanlar çoxalarsa, o halda, təbii ki karantin müddətini yekunlaşdırmaq olar.

Amma mənə belə gəlir ki, karantin müddəti uzadılacaq. Bunun nə vaxta qədər davam edəcəyini deyə bilmərəm. Hər şey vəziyyətdən asılı olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

2059
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv