Əhalinin sayı 0,4% artıb

media-hightechnic-468x90

download (1)Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 34,9 min nəfər və ya 0,4% artaraq bu il may ayının 1-i vəziyyətinə 9 mln. 627,9 min nəfərə çatıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Ümumi əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir.

Bu ilin yanvar-aprel ayları ərzində ölkədə 53,5 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,1 təşkil etmişdir. Doğulanların 53,6%-i oğlan, 46,4%-i qızlardır.

Bu ilin 4 ayı ərzində ölkədə 19,1 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,5-dən 6,1-ə qədər azalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600