!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhməd Əhmədzadənin Ağcabədidəki “ölü canları”

!Reklam – Yazi

Əjdər Cavadov-Əli Əliyev ikilisi “ölü canlar”la milyonları göyə sovurur Meliorasiya və Su Təsərrüfatı ASC-də ciddi yoxlamalar başlayıb. Azerinfo.org-a bu barədə məlumat verən mənbənin sözlərinə görə, saysız-hesabsız şikayətlərdən sonra qurumun Daxili Nəzarət Şöbəsi Ağcabədidə yoxlamalara başlayıb. Maraqlıdır ki, illərlə bu barədə yazılsa da, Əhməd Əhmədzadə buna imkan vermirdi. Lakin özünün də aldadılması barədə deyilənlərə inandıqdan sonra “düzgün yoxlanılsın” tapşırğı verib. Yəni, nə varsa ortaya çıxarılmasını istəyir.

1359455079_acabdis~2Mənbənin sözlərinə görə, rayonlardan başlanan yoxlama artıq öz nəticəsini verməkdədir. Belə ki, məlum olub ki, Ağcabədi rayon Suvarma Sistemləri İdarəsi korrupsiya bataqlığına qərq olub. Əldə edilən faktlara görə, Əli Əliyev adlı şəxsin rəhbərlik etdiyi bu qurumda hər şey kağız üzərindədir. Əməli fəaliyyət isə sıfıra bərabərdir. Kağız üzərində sahəsinə görə heç bir problemi olmayan Əli Əliyevin idarəsində isə 600 nəfərdən çox insanın çalışdığı üzə çıxıb. Maraqlıdır ki, rayonda bu qədər ştata ehtiyac olmadığı halda Əli Əliyev dövlətin büdcəsini bu şəkildə talan edib. Araşdırmalar zamanı Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin 115 əsl işçisinin olduğu üzə çıxıb. Digərləri isə maaş kartları Əli Əliyevin cibində olan “ölü canlar”dır. Yəni faktiki olaraq uzun müddət Əli Əliyev 500-ə yaxın insanın maaşını mənimsəyib və bu yolla dövlətə külli miqdarda ziyan vurub. Mənbə bildirir ki, seyfində və baş mühasibinin kabinetində saxlanılan həmin kartlar vasitəsi ilə hər ay on minlərlə manat vəsait büdcədən qeyri-qanuni olaraq mənimsənilib Əli Əliyevin qanunsuz fəaliyyəti bununla yekunlaşmır. Nəcəfqulubəyli, Soltanbəyli, Xocavənd, Qaradolaq, Avşar, Qaravəlli kəndlərinin suvarma suyu ilə təchizatı tamam pis haldadır. Demək olar ki, yox səviyyəsindədir. Dünya Bankı tərəfindən ayrı-ayrı kəndləri əhatə edən 4569 hektar sahədə suvarma şəbəkəsinin bərpası işləri üçün ayrılan vəsaitlər onun vasitəsi ilə yeyilib. Mənbənin sözlərinə görə, idarəyə məxsus texnikalar rəis Əli Əliyevin göstərişi ilə şəxsi təsərrüfatlarda işlədilir, daha dəqiq desək, aylıq icarəyə verilir. O da iddia olunur ki, müəssisədə dəhşətli maliyyə fıırıldaqları mövcuddur. Rəisin vəzifəsində yol verdiyi nöqsanlar kəndlilərə hər il ziyan vurur. Məmur sudan istifadə edən şəxslərdən külli miqdarda nəysə tələb edir. Həyata keçirdiyi bir sıra qanunsuz əməllərə baxmayaraq, onun haqqında ASC rəhbərliyi tərəfindən heç bir tədbir görülmür. Əli Əliyev sanki toxunulmaz şəxsdir. Çünki külli miqdarda yeyintinin aşkarlandığı Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin rəisinin arxasında ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadov dayanır.

Əhmədzadənin ən yaxın adamı və kassası olaraq bilinən Əjdər Cavadovun Əli Əliyevi təmizə çıxarmaq üçün min bir oyundan çıxdığı da bildirilir. Qeyd olunur ki, «rayonda subartezian quyularının qazılmasına ayrılan pullar təyinatdan kənar istifadə olunur. Kanallar lildən təmizlənmir. Bu kimi problemlər rayonda suvarma sistemləri sahəsini iflic vəziyyətə qoyub. İdarə rəhbəri deyir ki, guya ötən müddət ərzində 1300 kilometr suvarma, 431 kilometr drenaj kanalı lildən təmizlənib, 700 hektar sahənin suvarılmasını təmin edən 7,6 kilometrlik Hindarx kanalı bərpa edilərək istifadəyə verilib, rayon ərazisində 152 subartezian quyusu qazılıb. Deyilən məlumatlar həqiqəti əks etdirmir. İdarə rəisi bütün işləri kağız üzərində görür. Reallıqda isə heç bir iş aparılmır. Yəni büdcənin vəsaiti kimlərinsə cibinə axır. Əli Əliyev qanunsuz əməlləri ilə Ağcabədi Suvarma Sistemləri İdarəsini yaman günə qoyub. Nəcəfqulubəyli, Soltanbəyli, Xocavənd, Qaradolaq, Avşar, Qaravəlli kəndlərinin suvarma suyu ilə təchizatı tamam pis haldadır. Demək olar ki, yox səviyyəsindədir. Dünya Bankı tərəfindən ayrı-ayrı kəndləri əhatə edən 4569 hektar sahədə suvarma şəbəkəsinin bərpası işləri üçün ayrılan vəsaitlər Əli Əliyev və Əjdər Cavadov tərəfindən yeyilib». O da bildirilir ki, ümumiyyətlə bu vəsaitlərin mənimsənilməsinə nəzarəti Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadov həyata keçirir. Daxil olan məlumatda göstərilir ki, Əjdər Cavadov Əhmədzadənin ən yaxın adamı və kassası olaraq bilinir. Rayon idarə müdirlərindən aylıq və illik «haqq-hesabı»da məhz Əjdər Cavadov alır və təbii ki, özüdə Əhməd Əhmədzadəyə hesab verir. Elə «10 manatlıq MMC»-lərdə Əjdər Cavadovun nəzarəti altında yaradılır və sonradan onun tapşırığı ilə ləğv edilir. Belə şirkətlərin adları əsasən «Təkamül» MMC, «Təməl» MMC, «Tarıyel» MMC, «Abadlıq» MMC, «Cəlil» MMC, «Şans» MMC, «Tərəqqi» MMC, «İlqar» MMC, «Birlik» MMC və digərlərini misal göstərmək olar. Məlumatlı mənbə qeyd edir ki, su idarə müdirlərinin həyata keçirdikləri alqı-satqı və işlərin görülməsi haqqında saxta sənədlərin tərtib olunması və tenderlərin hansı MMC-nin udması işlərini, qiymətlərin bir neçə dəfə şişirdilməsi Əjdər Cavadovun birbaşa rəhbərliyi ilə həyata keçirilir. Mənimsənilən vəsaitlərin böyük hissəsi də son olaraq məhz Əjdər Cavadovun kabinetində toplanır. Əjdər Cavadovun Ağcabədidə qoruduğu ikinci adam isə rayon Subartezian Quyuları İdarəsinin müdiri Fəxrəddin Kərimovdur. Aparılan yoxlamalar zamanı onun da “ölü canlar”dan istifadə etdiyi üzə çıxıb. Eyni zamanda həddindən artıq enerji israfı müəyyən edilib. Bütün bunlar isə dövlətin cibinin rəsmən soyulması anlamına gəlir. Cəbhə bölgəsinin bir addımlığında olan rayonda məmurların dövləti soymaları Əhməd Əhmədzadənin zamanında yazdığı “Əliyevşina” yazısını xatırladır. O zaman mərhum Heydər Əliyevi Mütəllibova satan Əhmədzadənin nəinki Ağcabədidəki, bütün respublikadakı kadrları da rüşvətə bulaşaraq, ölkəni satmağa bel hazırdılar. Yetər ki, pul olsun.

COP29

www.yenicag.az

931
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv