Əhməd Şahidov “ermənifob” adlandırıb

media-hightechnic-468x90

16044Sentyabrın 24-də Ermənistanın Panorama.am saytında “Qatı ermənifob və “cib hüquq müdafiəçisi” ATƏT-in Varşava toplantısında Azərbaycanı təmsil edir” başlıqlı məqalə dərc olunub.

Məqalədə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun ATƏT-in Varşava toplantısındakı çıxışlarına diqqət çəkilir, onun Ermənistan hakimiyyətini sərt tənqid etdiyi bildirilir və bu çıxışlar Əhməd Şahidovun “ermənifob” olması ilə əlaqələndirilir. ADİHİ rəhbərinə qarşı əks-təbliğat üzərində qurulan məqalədə Əhməd Şahidovun Moskva şəhərində təhsil alarkən qələmə aldığı milli ruhda olan yazılarından sitatlar gətirilir və o, erməni düşməni kimi təqdim edilir. Məqalə müəllifləri sonda beynəlxalq təşkilatlara müraciət edərək, ADİHİ rəhbəri ilə əməkdaşlığı dayandırmalarını istəyirlər.

Qeyd edək ki, həmin məqalə erməni sosial şəbəkələrində də yayılaraq, geniş müzakirələrə səbəb olub və erməni millətçiləri ADİHİ rəhbərinin ünvanına təhqirlər yağdıraraq, onu ölümlə hədələyiblər.

Məsələ ilə bağlı ADİHİ rəhbəri Əhməd Şahidovun mövqeyini öyrənmək istədik. Zaman-zaman özünə qarşı erməni təbliğatının müşahidə olunduğunu bildirən Əhməd Şahidov ATƏT-in Varşava toplantısındakı son çıxışlarından sonra bu hücumların bir daha aktivləşdiyini qeyd etdi və ötən həftə çıxış edərkən yaşanan məlum hadisədən sonra Ermənistan mətbuatının yenidən fəallaşmasını təsadüfi saymadığını xüsusilə vurğuladı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600