Ehsan vermək Quranda var ya yox? – Polemika

media-hightechnic-468x90

polemika

Elşad Miri: “Yas mərasimində yemək verilməsinin dinlə heç bir əlaqəsi yoxdur, bunlar uydurmadır”

Vaqif Cəliloğlu: “Müqəddəs kitabda hüzrdə hansı yeməklərin verilib-verilməməsi barədə heç bir ayət yoxdur”.

Rəhimə Dadaşova: “Bu sözləri debata çıxmaq, polemika açmaq üçün deyil, ona son qoymaq üçün demişik”
Yas mərasimlərində yeməyin, xüsusən də aşın olub-olmaması məsələsi hələ də müxtəlif qurumlarda müzakirə mövzusudur. Belə ki, məscidlərin açılıb, bağlanması, orta məktəblərə hicabla gəlməyin qadağan olunması fonunda səsini çıxarmayan mollalar yas mərasimləri ilə bağlı isə 21-ə yaxın ayət gətirir ki, burada yemək verilməlidir. Yas mərasimində aşın olması məgər bu qədər önəmlidir? Yoxsa burada iqtisadi maraqlar önə çəkilir?

Yenicag.az-a açıqlamasında dinşünas Elşad Miri yas mərasimlərində aş verilməsinin vacibliyinin  ortaya atılmasının uydurma olduğu, dinlə heç bir əlaqəsinin olmadığını dedi: “Nə Qurani-Kərimdə, nə Peyğəmbərimizin hədislərində yas məclislərinə dair heç bir məlumat, quran ayəsi, hədislər yoxdur, mövcud deyil. İddia edilənlərin hamısı uydurmadır, fırıldaqçılıqdır. Amma ehsan sözünü QMİ fərqli şəkildə, özlərinin istədiyi kimi tərcümə edib insanlara çatdırırsa, demək istəyirəm ki, ehsan yaxşılıq deməkdir. Peyğəmbərin hədislərində də ehsan ən yüksək məqam sayılır və Allah səni, sən də Allahı görürmüş kimi ibadət etmək deməkdir. Ehsan onların başa düşdüyü kimi aş, yemək, xurma vermək demək deyil. Ona görə də bu məsələdə Quran adına istinad etmək doğru deyil. Belə məclisləri aradan qaldırmaq əvəzinə, QMİ bu sahədə biznesin daha da “çiçəklənməsinə” şərait yaradır və onun üçün fətva verir. Bu nə qədər dinlə bağlı ola bilər? Peyğəmbərin sağlığında 3 oğlu, 3 xanımı, əmiləri vəfat etmişdi. O heç birinə yas mərasimi qurmayıb. Bir nəfər bunun əksini sübut etsə daha dindən danışmayacağam. Belə iddialarla çıxış etmək gülünc vəziyyətdir, insanları aldatmaq, onların işini yüngülləşdirmək əvəzinə daha da çətinləşdirməkdir. Yas mərasimində yemək verilməsinin dinlə heç bir əlaqəsi yoxdur. İslamda bir insanın vəfatından sonra 4 addım həyata keçirilir. O insan yuyulur, kəfənlənir, cənazə namazı qılılır və dəfn edilir. Bundan başqa heç bir şeyin İslam dininə aydiyyatı yoxdur”.

Dinşünas alim Hacı Vafiq Cəliloğlu da saytımıza açıqlamasında QMİ-nin sözügedən məsələdə haqlı olmadığını bildirdi: “Yas məclislərində aş və yaxud qeyri-aş yeməyinin verilməsi məclis sahibinin özündən asılıdır. Məclis sahibi itirdiyi adamın ruhuma istənilən ehsanı verə bilər. Təki orada israf olmasın. Buna nə dəvlət, nə də QMİ qarışa bilməz. Müqəddəs kitabda hüzrdə hansı yeməklərin verilib-verilməməsi barədə heç bir ayət yoxdur”.

QMİ-nin mətbuat xidməti rəhbəri Rəhimə Dadaşova isə qeyd etdi ki, yas mərasimlərində yeməklə bağlı məsələni bu istiqamətdə olan polemikalara son qoymaq üçün deyiblər: “Bu barədə kifayət qədər danışılıb. Ona görə də əlavə şərh verməyə ehtiyac görmürəm. Şəriət baxımından nə lazımdırsa, məsələ haqqında Hacı artıq dedi. Bu sözləri də debata çıxmaq, polemika açmaq üçün deməmişik, ona son qoymaq üçün demişik. Sadəcə, Allah kəlamlarını insanlara çatdırmışıq”.

Rüfət/Yenicag.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600