RUSİYADAN MANEVR: Diqqəti Pokrovska yönəldib hücum istiqamətini dəyişir - ŞƏRH

media-hightechnic-468x90

“Rusiya Ukraynanın bütün gücünü Pokrovsk istiqamətində yığmasından istifadə edərək Kupyanskını ələ keçirməyə çalışır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib.

media-439_11751458739

Bu gün Ukrayna mediası Rusiyanın Pokrovskdan qoşunları çəkərək Kupyansk istiqamətinə yığması barədə məlumatlar yayıb. Hadisələrin bu yöndə cərəyan etməsinin iki tərəf üçün hansı nəticələr meydana gələcəyi ilə bağlı politoloq öz fikirlərini bölüşüb:

“Rusiya qüvvələrinin Pokrovskdan çəkilməsi ilə bağlı hələ ki, Rusiyanın rəsmi qaynaqları açıqlama verməyib. Lakin onu da qeyd edək, Zelenskinin sözlərində bir həqiqət var ki, Rusiya uzun müddətdir Pokrovsku ələ keçirmək üçün hücumlar edirdi və Rusiyanın çox ciddi itkisi var bu istiqamətdə. Burda əsas məqsəd Pokrovskdakı mühasirəni tamamilə dağıtdıqdan sonra şəhəri ələ keçirmək və Donetsk vilayətinin tamamının işğal edilməsi üçün yeni addımlar atmaq idi. Buna baxmayaraq Ukrayna bütün çətinliklərə rəğmən müəyyən geriləmələr yaşasa da inadla Pokrovsku müdafiə etməyə davam edir”.

Politoloq Rusiyanın Kupyansk istiqamətində hücumları artırması haqqında da öz qeydlərini bildirib:

“Rusiyanın  Kupyanska hücumu məsələsinə gəldikdə isə Ukrayna tərəfi bütün diqqətini Pokrovska yönəltdiyi üçün Kupyanskda müdafiə daha zəif təşkil edilmiş ola bilər. Bu da Rusiya üçün bir avantajdır. Əgər qüvvələrini sürətlə Kupyans istiqamətinə çəkə bilərsə Rusiya müdafiəni gücləndirmədən bölgəni ələ keçirə bilər. Lakin, bu nə qədər sürətlə baş verəcək bu hələ bilinmir. Anladığımız bir şey var ki, şərq istiqamətində hücumlar bundan sonra da intensiv şəkildə davam edəcək. Ümumiyyətlə hava temperaturu tam düşməmiş iki tərəf də müəyyən uğurlar əldə etməyə çalışır desək yanılmarıq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa