Gürcüstan Konstitusiya Məhkəməsi üç müxalif partiyanın ləğvi üzrə iddianı qəbul etdi

media-hightechnic-468x90

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə parlamentinin üç müxalifət partiyasının qadağan olunması ilə bağlı iddiasını qəbul edib.

Yenicag.az xəbər verir ki, sənəd məhkəmənin saytında dərc edilib.

Hakim “Gürcü Arzusu”, “Avropa Sosialistləri” və “Xalqın gücü” partiyalarının müəllifi olduğu iddiada 88 deputatın imzası yer alıb.

Konstitusiya məhkəməsi bunu əsaslandırılmış hesab edib və baxılması üçün plenuma göndərib.

İş üzrə dinləmələr 9 aya qədər davam edəcək.

Qeyd edək ki, iddiada keçmiş prezident Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiya və “Lelo – Güclü Gürcüstan” partiyasının Gürcüstan Konstitusiyasına zidd elan edilərək ləğvi tələb olunur./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa