Rusiya danışıqlara GETMİR: Qışa doğru müharibə şiddətlənəcək - ŞƏRH

media-hightechnic-468x90

“Rusiya ya Ukraynanı tam işğal etmək istəyəcək, ya da hakimiyyəti dəyişəcək”.

Bu sözləri Trampın Rusiya Ukrayna müharibəsinin 2 ay davam edəcəyini deməsi, daha sonra sülhə gəlinə biləcəyini Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

media-yusif_bagirzade-22_-1

O bildirib ki, indiki mərhələdə müharibənin dayanması mümkün görünmür:

“Tramp qeyd edir ki, tərəflər bir-biri ilə vuruşsunlar. Bunu da onunla əsaslandırır ki, Rusiya danışıqlara getmək istəmir. Bundan əlavə Tramp “Tomaqavk”ların verilməsi məsələsinə də gələcəkdə baxacağını deyib. Tramp həmçinin Çin və Rusiya liderləri haqqında pozitiv fikilər səsləndirdi.

Böyük Britaniya Ukraynaya yeni raketlər verib. Bu barədə ciddi mənbələr məlumat yayır. Almaniya isə iki “Patriot” sisteminin Ukraynaya verilməsi haqqında məlumat verdi. Ukrayna əvvəldən də istəyirdi ki, onun hava məkanı bağlansın. Çünki Rusiya aviasiyası güclüdür. Medvedev bəyanat verdi ki, ana torpaqlarını geri qaytarmalıdırlar. Bu o deməkdir ki, bütövlükdə Ukraynanı işğal etmək istəyirlər”.

Y. Bağırzadə qeyd edib ki, indiki halda müharibə daha da qızışacaq:

“Pokrovsk istiqamətində ağır döyüşlər gedir. Ukrayna ərazisi bataqlıqdan ibarətdir. Payız, qış aylarında müharibə aparmaq çətindir. Ancaq müharibənin daha da şiddətlənəcəyi gözləniləndir.

Rusiya ya Ukraynanı tam işğal etmək istəyəcək, ya da hakimiyyəti dəyişəcək. Həmin hakimiyyət Rusiyanın təsiri altında olan Yanukoviç, Timoşenko, Aristoviç və ya başqa birindən formalaşmalıdır”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa